“Fənərbağça”nın Avropa Liqası yarışlarındakı rəqibi “Lokomotiv” cəzalandırıla bilər
Bakı, 16 dekabr, AZƏRTAC
“Fənərbağça” futbol klubunun UEFA Avropa Liqası yarışlarının onaltıdabir final mərhələsindəki rəqibi “Lokomotiv” (Moskva) cəzalandırıla bilər.
AZƏRTAC xəbər verir ki, Belçikanın “FederBet” bukmeker şirkəti UEFA-ya şikayət məktubu göndərib. Buna səbəb Avropa Liqasının qrup mərhələsinin son turunda “Skenderbeu” (Albaniya) -“Lokomotiv” matçında baş verən hadisələrdir. Şirkətin iddiasına görə oyunda danışılmış qollar vurulub.
Xatırladaq ki, görüşün 2 qolu son dəqiqələrdə vurulub. Matçın 77-ci dəqiqəsində hesab 1:0 olarkən Asiya bazarında üst proqnozuna külli miqdarda pul qoyuluşu edilib. Maraqlıdır ki, hesabın 87-ci dəqiqəyədək dəyişməməsinə baxmayaraq pul qoyuluşları davam edib. Oyunun 88 və 90-cı dəqiqələrdə “Lokomitv” daha 2 qol vurub və proqnoz doğrulub.
“FederBet” şirkəti görüşün sonlarında “Skenderbeu” klubunun müdafiəsində baş verən qəribə xətaları da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]