Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: Azərbaycan beynəlxalq idman yarışları üçün etibarlı tərəfdaşdır - MÜSAHİBƏ

 Bakı, 29 dekabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşü olub. AZƏRTAC xəbər verir ki, nazir media mənsublarını maraqlandıran sualları cavablandırıb.

- 2025-ci ili Azərbaycan idmanı üçün necə qiymətləndirirsiniz?

- Ümumilikdə 2025-ci il Azərbaycan idmanı üçün çox uğurlu keçdi. Medal sayında rekord göstəricilər əldə etdik. Bu rəqəmləri hesablayarkən həm Olimpiya, həm qeyri-Olimpiya növləri, həm də paralimpiyaçıların nəticələri nəzərə alınır. Ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirildi və bu yarışların bir neçəsində “ilk dəfə” ifadəsini işlətmək mümkündür. Belə ki, Bakı ilk dəfə UFC turnirinə ev sahibliyi etdi. Bu tədbir təkcə yerli azarkeşlər üçün deyil, eyni zamanda xarici ölkələrdən gələn turist və azarkeşlər üçün də maraqlı oldu. Düşünürəm ki, ən böyük yarış MDB Oyunları idi. Bu yarışın özəlliyi ondadır ki, ilk dəfə paytaxtdan kənarda – Azərbaycanın yeddi şəhərində təşkil olundu. Bu Oyunların əsas mərkəzi Gəncə şəhəri idi. Gəncə həm də MDB-nin idman paytaxtı elan edilmişdi. Açılış və bağlanış mərasimləri də məhz Gəncədə baş tutdu. Oyunların kamandan oxatma yarışları işğaldan azad olunan ərazilərdə keçirildi. Bu, çox önəmli və tarixi addımdır. Həmçinin Yevlaxda yeni Olimpiya İdman Kompleksi istifadəyə verildi. Gəncə futbol stadionu yenidən quruldu. Şəki, Mingəçevir və Qəbələ şəhərlərində də idman turnirlərimiz oldu. Deflimpiya Oyunları tarixində ilk medalımız da bu il qazanıldı.

- 2026-cı il üçün dünyanın idman paytaxtı seçilən Bakıda hansı yarışlar və tədbirlər keçiriləcək?

- Azərbaycanın növbəti il üçün dünyanın idman paytaxtı seçilməsi qürurverici hadisədir. Bu qərar təsadüfi deyil. İllərdir ölkəmizdə keçirilən beynəlxalq miqyaslı yarışlar, multiidman tədbirləri bunun əsasını qoyub. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı, eləcə də müxtəlif dünya və Avropa çempionatları Azərbaycanı bu sahədə ön sıralara çıxarıb. Artıq bu cür yarışların Bakıda və regionlarda keçirilməsi adi hala çevrilib. Bütün bunlar ölkəmizin idman sahəsində təşkilatçılıq potensialını və qlobal nüfuzunu artırır. Xüsusilə UFC turniri, hər il keçirilən Formula 1 yarışları buna bariz nümunədir. Son illərlə müqayisədə bu yarışların təşkili daha peşəkar səviyyəyə çatıb. Əvvəllər əhalinin narahatlığına səbəb olan logistika məsələləri bu il daha yaxşı tənzimlənib, yollar daha tez açılıb. Bir sözlə, irəliləyiş var. Bu il təkcə Formula 1 yarışları üçün 15 minə yaxın xarici azarkeşin ölkəmizə gəlməsi isə yeni rekord və mühüm göstəricidir. Bu il daha çox bilet satılıb. Bu, onu göstərir ki, bu yarışlar doğrudan da populyardır. Buna görə də beynəlxalq qurumlar Azərbaycanı yaxşı tərəfdaş kimi tanıyırlar. Beynəlxalq idman yarışları üçün namizədliyimizi irəli sürəndə artıq digər ölkələr tərəfindən ciddi rəqib kimi qəbul olunuruq. Bu da uzun illər ərzində görülən işlərin, təşkilati təcrübənin və nüfuzun nəticəsidir.

Gələn il ölkəmiz növbəti dəfə böyük idman yarışlarına ev sahibliyi edəcək. İl boyunca Bakıda müxtəlif beynəlxalq yarışlar təşkil olunacaq. İlk dəfə olaraq dünyanın ən nüfuzlu idman forumlarından biri olan “Sport Accord” 2026-cı ildə Bakıda keçiriləcək. Həmçinin cüdo, sumo üzrə və 17 yaşadək güləşçilər arasında dünya çempionatları, müxtəlif növlər üzrə Avropa çempionatları və bir çox digər turnirlər daxildir. Triatlon üzrə məşhur “Ironman” yarışları da ilk dəfə Bakıda baş tutacaq. Eyni zamanda, ölkəmizdə hər il keçirilən yarı marafon yarışları gələn il fərqli formatda təşkil ediləcək. Marafonun marşrutu bu dəfə Füzulidən də keçəcək. Əvvəlki illərlə müqayisədə həm iştirakçıların, həm də finişə çatanların sayında artım müşahidə olunur ki, bu da müsbət göstəricidir. Gəncə kimi bölgələrdə də Avropa səviyyəli turnirlər keçirilir. Məsələn, bu il aerobika üzrə Avropa çempionatı Gəncədə təşkil olundu. Növbəti illərdə də beynəlxalq turnirlərin regionlarda keçirilməsi davam etdiriləcək. Həmçinin, ənənəvi “ultra marafon” yarışları və böyük veloyürüşlər də keçiriləcək. Keçən il finiş nöqtəsi Xankəndi olub. Bu il də veloyürüşün bir mərhələsi işğaldan azad olunmuş ərazilərdən, yəni Qarabağdan keçəcək və bu yarışlar beynəlxalq kanallarda yayımlanacaq.

- Gəncə şəhər stadionunda hazırlıq işləri hansı mərhələdədir? Stadion 2027-ci ildə Azərbaycanda keçiriləcək futbol üzrə U-20 dünya çempionatını qəbul eləməyə hazırdır?

- Bəzi işlərimiz qalıb. Düşünürəm ki, aprel və may aylarında stadion oyunlar üçün hazır olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Qaçış zolağı çəkmək istəyirik. Amma bu da hava şəraitindən asılıdır. Ona görə də gözləməliyik. Yağışlı havalarda bu, çətin olur. Müasir standartlara cavab verən stadiondur. Həm azarkeşlər, həm futbolçular üçün yaxşı şərait var.

- 2021-ci ildən etibarən gənclər və idman naziri vəzifəsində çalışırsınız. 4 illik fəaliyyətinizi necə qiymətləndirərdiniz?

- 4 il ərzində çoxlu işlər görə bilmişik və yaxşı mənada dəyişikliklər olub. Bizim idman strategiyamız var və bunu bitirə bildik. 1 il bunun üzərində işlədik. Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun işlərimizi görürük. Əsas məqsədimiz əhali arasında idmanı həyat tərzinə çevirməkdir. Əhali arasında idmanla məşğul olanların sayında artım görə bilərsiniz. Yəqin ki, bu, göz qabağındadır. Artıq başa düşüblər ki, idman insan həyatında çox vacibdir və bu, ən əsası sağlamlığımız üçün önəmlidir. İdmançılarımıza gəlincə, ildən-ilə nəticələrimiz artır və yaxşılaşır. Düzdür, hər şey ideal deyil və ideal ola da bilməz. Məqsədlərimizə doğru addımlayırıq. Düşünürəm ki, pis alınmır. Biz bunu tək edə bilmərik. Federasiyalar və bir sıra qurumlarla birgə işləyirik. Nazirliklər tərəfindən də idmana müəyyən qədər dəstək var. Yəni, əldə edilən nailiyyətlərdə təkcə Gənclər və İdman Nazirliyinin payı yoxdur.

- Regionlarda idmanın və sağlam həyat tərzinin daha geniş şəkildə təbliği üçün hazırda hansı layihələr həyata keçirilir və bu istiqamətdə gələcək planlar nələrdir?

- “Səyyar Sağlam Həyat" adlı layihə çərçivəsində xüsusi təchiz olunmuş maşınlarla müxtəlif rayonlarda sağlam həyat tərzinin təbliği aparılır. Layihə kifayət qədər uğurludur və əhali tərəfindən maraqla qarşılanır. "Sağlam məhəllə" layihəsi çərçivəsində isə müxtəlif bölgələrdə mini idman meydançaları salınır. Bu meydançalarda futbol, basketbol və digər idman növləri üçün avadanlıqlar mövcuddur. Layihə Prezident İlham Əliyevin tapşırığı və dəstəyi ilə həyata keçirilir. Növbəti ildə daha çox rayonu əhatə etməsi planlaşdırılır. 3 sağlam məhəllə Naxçıvanda açılacaq. Bu layihəyə görə çoxlu təşəkkürlər alırıq. Çox uğurlu alındı. İstəyirik ki, hər bölgədə ən azı bir sağlam məhəllə olsun. Ümid edirik ki, məhəllələrin sayı növbəti illərdə daha çox olacaq. İdman federasiyaları ilə mütəmadi görüşlər keçirilir. Bu görüşlərdə federasiyaların fəaliyyətləri, qarşıda duran vəzifələr və regionlarda idmanın inkişafı müzakirə olunur. Belə görüşlər təkcə Bakıda deyil, bölgələrdə də təşkil olunur. Hər il bölgələrimiz arasından bir idman paytaxtı seçirik və tədbirlərimizi orada gerçəkləşdiririk. Naxçıvan idman paytaxtı olmamasına baxmayaraq, iclaslarımızdan biri orada baş tutdu və bu, hər bir federasiya üçün yaxşı fürsət oldu.

- Bölgələrimizdə idman zallarının fəaliyyətindən razısınız?

- Olimpiya İdman Kompleksləri demək olar ki, bütün regionlarımızda var. Komplekslərin bir qismi əsaslı təmir olunub, digərləri növbəti illərdə mərhələli şəkildə təmir ediləcək. Buna təbii ki, ehtiyac var. MDB Oyunları bunun üçün yaxşı fürsət oldu. Bütün Olimpiya Komplekslərimizdə hovuzlarımız işləyir. Amma qış aylarında gələnlərin sayı daha az olur. Hovuzlardan istifadə ilə bağlı maarifləndirmə aparılır. Qış aylarında istifadə səviyyəsi aşağı olsa da, yeni layihələrlə bu sahədə inkişaf nəzərdə tutulur. Üzgüçülüklə bağlı iki layihəmiz var. Peşəkarlar üçün deyil, həvəskarlar üçün nəzərdə tutulmuş “Üzgüçülük hamı üçün” layihəmiz uğurlu alındı. Burada hər kəs iştirak edə bilir. Qardaş Türkiyə də bu layihəyə qoşulub. İkinci vacib layihəni Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçiririk. Rayonlarımızda məktəbli uşaqlara 4 həftəlik proqramlar təqdim edirik və həmin uşaqlar bu müddət ərzində üzməyi öyrənirlər. Başlıca məqsədimiz üzməyi bacaranların sayını 20 faizə çatdırmaqdır.

- Azərbaycanda idman jurnalistikasını necə dəyərləndirərdiniz?

- Nazirlik olaraq idman jurnalistləri ilə sıx əməkdaşlıq edirik. Ölkədə bu sahənin inkişafında da nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. İdman mediasının səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli artıb. Artıq demək olar ki, əksər nüfuzlu yarışlarda jurnalistlərimiz yerində iştirak edir, geniş işıqlandırma aparırlar. Biz də çalışırıq ki, bu sahəyə daim dəstək olaq. İlk dəfə olaraq Olimpiya Oyunlarına Azərbaycan mediasının nümayəndələri göndərilib, digər beynəlxalq yarışlara da mediaya şərait yaradılıb. Telekanallar arasında idman tədbirlərinin işıqlandırılması sahəsində sağlam rəqabət formalaşıb. Bu da ümumilikdə ölkə idmanının təbliğinə müsbət təsir göstərir. 2026-cı ildə də idman jurnalistləri üçün xarici mütəxəssislərin iştirakı ilə təlim və seminarların davam etdirilməsi nəzərdə tutulur.

- Bu il idmançılarımızın rekord sayda medal qazandığını vurğuladınız. Sizə görə medalın əyarı önəmlidir, yoxsa sayı?

- Bir çox idman növündə, o cümlədən üzgüçülükdə bu il ilk dəfə MDB Oyunlarında medallar qazanılıb. Gəncədə üzgüçülərimiz çoxlu medallara sahib çıxdılar. Onlardan ikisi qızıl mükafat oldu. Bu, həmin növdə indiyədək əldə olunmayan bir uğurdur. Bizim üçün əsas prioritet yalnız nəticə yox, eyni zamanda idmanın kütləviliyidir. Kütləvi idman olmadan peşəkar idmançılar da formalaşa bilməz. Misal üçün, buz meydançası artıq üçüncü ildir fəaliyyət göstərir. Xüsusilə, şənbə və bazar günləri böyük maraq var. İnsanlar orada növbəyə dayanmalı olurlar. Buz meydançası həm əhalinin asudə vaxtının səmərəli təşkili, həm də sağlam həyat tərzinin təbliği baxımından vacibdir. Əhali, xüsusən də gənclər fəal şəkildə iştirak edirlər. Burada fiqurlu konkisürmə və hokkey bölmələri fəaliyyət göstərir. Artıq 50-dən çox uşaq xokkeylə məşğuldur, yarışlarda iştirak edir və nəticələr də əldə olunur. Təbii ki, bu idman növünün inkişafı üçün gözləməliyik. Bu gün üçün yüksək nəticələr əldə etmək çətindir, amma qeyri-mümkün deyil. Məsələn, batut gimnastikası Azərbaycanda 2014-cü ildən inkişaf etdirilməyə başlayıb. İlk vaxtlar bu sahədə xarici idmançılar və məşqçilər dəvət olunmuşdu. Həmin dövrdə dəvət olunmuş idmançılar Avropa Oyunlarında medal qazandılar, amma Olimpiya lisenziyası ala bilmədilər. 10 il sonra, yəni 2024-cü ildə artıq Azərbaycanda yetişmiş batutçumuz Selcan Mahsudova Olimpiya Oyunlarına lisenziya qazandı və iştirak etdi. Bu, çox sürətli inkişafdır. Batutda cəmi 16 iştirak yeri olur, və ora düşmək olduqca çətindir. Bu səbəbdən nəticə çox dəyərlidir. Bu o deməkdir ki, yeni bir idman növünə başlamaqla belə, az vaxtda dünya səviyyəli nəticələr əldə etmək mümkündür. Lakin bu, böyük zəhmət və səbir tələb edir. Digər idman növlərində də bu cür inkişaf mümkündür. Artıq buz meydançası var. Uşaqlar məşğul olur, yerli məşqçilər yetişir və proses davam edir. Kütləvilik olmadan idmançılar da yetişmir. Bu bir zəncirvari prosesdir. Hansısa idman növünün populyarlaşması üçün orada ulduz idmançı olmalıdır. Ulduz olduqda valideynlər uşaqlarını həmin növə yönəldir. Uşaqlar nümunəvi idmançılara oxşamaq istəyirlər. Bu da idman növlərinə marağı artırır. Bu səbəbdən "idman səfirləri" layihəsi həyata keçirilir. Hər il 5 idmançı seçilir və onlar həmin idman növünün təbliğatını aparır. İdman səfirləri həm Bakıda, həm də regionlarda fəaliyyət göstərir, uşaqlara nümunə olur və onları idmana cəlb edirlər.

- Necə düşünürsünüz, tamblinq üzrə bir sıra nüfuzlu turnirlərdə yüksək nəticələr əldə etmiş Tofiq Əliyev gələcəkdə bu idman növü üzrə dünyanın ulduz siması ola bilərmi?

- Tofiq son illərdə xüsusilə sosial şəbəkələrdə populyarlığı ilə seçilir. O, bu yaxınlarda dünyada ilk dəfə olaraq yeni bir hərəkət nümayiş etdirib. O, əsasən Skandinaviya ölkələrində populyar olan idman növündə çıxış edir və tez-tez beynəlxalq tədbirlərə dəvət alır. Onun sosial şəbəkələrdəki aktivliyi və nüfuzu Azərbaycan idmanının təbliğatı baxımından da əhəmiyyətlidir. Ümumiyyətlə, nümunəvi idmançılar sosial mediada da fəal olmalıdırlar, çünki bu da idmanın təbliği üçün vacibdir.

- Federasiyalar legioner idmançılar məsələsinə necə yanaşır? Ümumiyyətlə, federasiyalara legionerlərlə bağlı müraciətlər varmı?

- Legioner idmançılar məsələsi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də geniş yayılıb. Hətta aparıcı idman ölkələrinin də olimpiya komandalarında legioner idmançılar var. Əlbəttə, məqsəd daha çox yerli idmançılar yetişdirməkdir və bəzi növlərdə artıq bu sahədə müsbət irəliləyiş var. Məsələn, batut idman növündə əvvəlcə ölkə xaricindən dəvət olunmuş idmançılar çıxış edirdi, amma hazırda yalnız yerli idmançılar var və nəticə də verirlər. Bununla belə, bəzi idman növlərində hələ də legionerlər çıxış edir. Xüsusilə komanda idman növlərində və ağır çəkilərdə bunu görə bilirik. Çünki həmin kateqoriyalarda yerli idmançı çatışmazlığı var. Bu da federasiyaların əsas narahatlıq mövzusudur. Qış idman növlərində isə son illərdə ciddi inkişaf olub. Artıq Azərbaycanda beynəlxalq yarışlar təşkil olunub və gələn il Şahdağ Avropa çempionatına, həmçinin Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək. Hələlik Qış Olimpiadasında ölkəmizi yerli idmançı təmsil etməyib, çünki bu sahə yenidir və müəyyən qədər vaxta ehtiyac var. Lakin artıq bu sahə üçün də şərait yaradılıb və inkişaf gözlənilir.

- 2026-cı ildən gözləntiləriniz nələrdir və qarşıya hansı hədəflər qoyulub?

- Bəli, məqsədlər və planlar var. Hər bir federasiyanın öz hədəfi mövcuddur və Olimpiya Oyunları bitən kimi növbəti Olimpiya dövrü üçün hazırlıqlara başlanılır. Bu normal prosesdir və elə də olmalıdır. Artıq federasiyalarla birgə hansı sayda idmançının Olimpiya Oyunlarında iştirak edə biləcəyi ilə bağlı ilkin məlumatlar toplanıb və bu istiqamətdə işlər davam etdirilir. Gələcək iclaslarda bu məsələlər yenidən müzakirə olunacaq. Planlar müəyyən mərhələlərə bölünür. Maksimal və real hədəflər var. Yeni ulduz idmançıların ortaya çıxması istənilir və bu istiqamətdə də inam var. Məsələn, bu ay boks üzrə 19 yaşlı idmançımız Sübhan Məmmədov dünya çempionu olub. Yerli idman məktəbinin yetirməsinin sonuncu belə uğuru 10 il əvvəl əldə olunmuşdu. Ümid var ki, bu idmançı Olimpiya Oyunlarına lisenziya qazanacaq və uğurlu çıxış edəcək. Təbii ki, təkcə o yox, digər idmançılardan da gözləntilər böyükdür.

- Beynəlxalq Olimpiya Komitəsinin tanımadığı dünya çempionatı və boksda mövcud olan iki ayrı beynəlxalq federasiya fonunda Azərbaycan Boks Federasiyasının mövqeyi nədən ibarət olacaq?

- Azərbaycan Boks Federasiyası əvvəlcə Beynəlxalq Boks Federasiyasının üzvü olub. Bu federasiyada sonradan seçkilər keçirilib, amma Beynəlxalq Olimpiya Komitəsi həmin seçkiləri tanımayıb. Son iki Olimpiya Oyunlarında və təsnifat yarışlarında təşkilatçılığı Beynəlxalq Olimpiya Komitəsi edib, dünya çempionatları isə əvvəlki federasiya tərəfindən davam etdirilib. Təxminən iki il əvvəl "World Boxing" adlı yeni federasiya yaradılıb və Beynəlxalq Olimpiya Komitəsi artıq onu tanımağa başlayıb. Hazırda iki ayrı federasiya mövcuddur. Azərbaycan Boks Federasiyası hər iki qurumda təmsil olunur.

- Azərbaycan idmanının yaxın gələcəkdəki perspektivini necə qiymətləndirirsiniz? Qarşıdakı böyük yarışlarda yeniyetmə və gənclərə güvənməliyik. Onların potensialını necə görürsünüz?

- Federasiyalar və klublar idmançı yetişdirir, həm Gənclər və İdman Nazirliyi, həm də Milli Olimpiya Komitəsi dəstək olur. Nəticə əldə etmək üçün idmançıların yetişdirilməsi vacibdir, bu mərhələli prosesdir. Artıq hansı idman növlərində, neçə idmançı ilə təmsil oluna biləcəyimiz barədə mümkün proqnozlar var. Real və istənilən proqnozlar üzərində iş gedir. Əsas məqsəd idmançıları Olimpiadaya hazırlamaqdır. Bu, həm maliyyə, həm də hazırlıq prosesindən asılıdır. Potensial idmançılar var və onlar oyunlara hazırlaşırlar. Olimpiadada ən azından 30-cu yeri qoruyub saxlamaq, daha üstün yer tutmaq istəyirik. Digər ölkələr də güclü çalışır. Paris Olimpiadasında yaxşı nəticə əldə olunub. Sözsüz ki, ötən il cüdoçularımızın Olimpiadada əldə etdiyi 2 qızıl medal ümidlərimizi artırdı. Azərbaycan üçün 30-cu pillədə olmaq rekord nəticədir. Qızıl medallar çox vacibdir və bu gün onları qazana biləcək idmançılar görünür.

- Süni intellektdən istifadə edirsiniz?

- Mən yox, amma bəzi əməkdaşlarımız istifadə edirlər.

- Nazirliyin süni intellektlə bağlı layihələri varmı?

- Bununla bağlı bizim gənclər sahəsində çox layihələrimiz var, artıq ikinci ildir qrantlar elan olunur və bu gənclər təşkilatlarının inkişafı üçün yaxşı fürsətdir. Həm qrantlarda, həm də digər layihələrimizdə süni intellektə (Aİ) yönəlmiş layihələr mövcuddur. Bundan başqa, Aİ ilə birgə idman sahəsində də yaxşı layihəmiz var, onu xarici şirkətlə həyata keçiririk. Ümumiyyətlə, layihələrimiz var və hesab edirəm ki, artıq bu sahədə fəaliyyət göstəririk və ən azından başlamaq lazım idi. Doğrudan da maraqlı layihələrimiz mövcuddur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub