Fərid Qayıbov: İnanıram ki, dünya çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu olacaq
Bakı, 27 iyul, AZƏRTAC
2026-cı il ərzində Milli Gimnastika Arenasında müxtəlif yarışlar keçirilib. Bu, ilin sonuna kimi davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
O, dövlət tərəfindən idmana yüksək səviyyədə diqqət göstərildiyini qeyd edib: "Bakı bu il üçün dünyanın idman paytaxtı seçildi. Bu adı bizə hədiyyə etməyiblər. Bu, dövlətimizin başçısının uğurlu idman siyasətinin nəticəsidir”.
Nazir güləş üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. İnanıram ki, yarış Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq. Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]