Fərid Qayıbov: Qarşıda duran məqsədlər hamımıza aydındır
Bakı, 13 dekabr, AZƏRTAC
Avropa Gimnastikasının prezidenti kimi mənə göstərilən etimada görə hamınıza minnətdarlığımı bildirirəm. Dördillik planı nəzərdən keçirdik və qarşıda duran məqsədlər hamımıza aydındır.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilməsi və gələcək planları barədə qurumun rəsmi saytındakı qeydində yazıb.
Bildirib ki, qarşıda qısa Olimpiya dövrü var və bundan maksimum yararlanmaq lazımdır: “Addımlarımız səmərəli və qətiyyətli olmalıdır. Birlik və harmoniya şəraitində çalışsaq, buna nail ola bilərik. Əminəm ki, yeni komanda ilə gimnastların mənafeyi naminə bu idman növünün şəraitini və mühitini daha da yaxşılaşdıra biləcəyik”.
Qeyd edək ki, F.Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]