Fərid Şəfiyev: Beynəlxalq təşkilatların sərvətlərimizin talanmasına laqeydliyi anlaşılan deyil
Bakı, 16 dekabr, AZƏRTAC
Hazırda Laçın dəhlizi ilə bağlı böhran yaşanır. Bu böhranın səbəbi Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni istismar olunaraq talan edilməsi və xarici ölkələrə daşınmasıdır.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
BMTM-in bu məsələ ilə bağlı hələ iki il bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə məruzə hazırladığını bildirən F.Şəfiyev qeyd edib: “Biz həmin məruzəni ötən il yenilədikdən sonra Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə təqdim etdik. Amma çox təəssüf ki, bizim məruzəmizi diqqətə alan olmadı və qulaqardına vuruldu. Beynəlxalq təşkilatların ölkəmiz üçün əhəmiyyətli məsələyə laqeyd münasibəti anlaşılan deyil”.
BMTM-in İdarə Heyətinin sədri bildirib ki, ermənilər və onların havadarlarının Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının, ekoloqların etiraz aksiyasına qeyri-ciddi yanaşması və bu məsələnin süni şəkildə qaldırıldığını deməsi həqiqətə uyğun deyil. “Bu problem Vətən müharibəsindən əvvəl də var idi, indi də var”, - deyə Fərid Şəfiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]