Festivalda tennis üzrə qızların yarışında finalçılar müəyyənləşib
Bakı, 26 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə qızların fərdi yarışında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarımfinal qarşılaşmasında Rusiya tennisçisi Mariya Şoloxova çexiyalı Dominika Salkovaya 2:1 (3:6, 6:1, 10:5), hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Digər görüşdə isə britaniyalı Matilda Mutavdziç fransalı Ouşen Babeli məğlubiyyətə uğradıb - 2:0 (6:2, 6:2).
Beləliklə, qızların fərdi yarışının finalında Rusiya və Böyük Britaniya təmsilçiləri qızıl medal uğrunda mübarizə aparacaqlar.