Fevralın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qar ehtimal olunur.
Havanın temperaturu gecə 6-8° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaqdır.
Bakıda gecə gecə 6-8° şaxta, gündüz 1° şaxtadan 1°-dək isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan xeyli yüksək 779 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Havanın əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaqdır.
Havanın temperaturu gecə 11-16° şaxta, dağlıq ərazilərdə 18-20° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Hava əsasən yağmursuz olacaqdır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 4-9° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Hava əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Gün ərzində əsasən yağmursuz olacaq, lakin ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta,
dağlarda gecə 15-20° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaqdır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaqdır.
Tibbi-meteoroloji proqnoz
Fevralın 6-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.