Fevralın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin əsasən gecə və səhər saatlarında bəzi yerlərdə az qar yağacağı ehtimalı vardır. Axşam bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 4-9°, səhər 0-2° şaxta, gündüz 3°-dək isti, Bakıda gecə 4-6°, səhər 0-1° şaxta, gündüz 1-3° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Yollar buz bağlacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 10-15°, dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 16-21°, gündüz 5-10° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 11-16°, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15°, bəzi yerlərdə 18-20°, gündüz 1-6°, yüksək dağlıq ərazilərdə 20-25°, gündüz 0-15° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20°, gündüz 7-12° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.