FHN Binəqədi rayonunda futbol məktəbində baş verən yanğınla bağlı məlumat yayıb
Bakı, 2 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) martın 2-də səhər saatlarında Binəqədi rayonunda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində məktəbin ümumi sahəsi 800 kvadratmetr olan birmərtəbəli təlim-məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü və dam örtüyü 600 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.