FHN daha bir tibb müəssisəsinin rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlayıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında agentliyin əməkdaşları paytaxtın Xəzər rayonundakı 45 nömrəli şəhər poliklinikasında radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün bu tibb müəssisəsinə baxış keçirilib.
Baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və “xüsusi icazə”nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan bir rentgenoqrafiya və bir portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.