FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti seminar-müşavirə keçirib
Bakı, 17 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə iyulun 17-də Nərimanov Rayon İcra Hakimiyyətində “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən daxili xidmət mayoru Mircavad Seyidov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov, habelə rayonun aidiyyəti təşkilatlarının məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə yolkənarı və kommunikasiya xətləri keçən sahələrin quru ot və kol-kosdan təmizlənməsi, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]