CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 21 halda yanğına çıxış və 2 nəfər xilas edilib

Bakı, 2 oktyabr, AZƏRTAС
Ötən gün 21 yanğına çıxış olub, 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN ) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 halda yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.