CƏMİYYƏT
FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 8 nəfər xilas olunub

Bakı, 29 sentyabr, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 8 nəfər, o cümlədən avtonəqliyyat qəzalarında 4 nəfər xilas olunub. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin iki nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.