FHN: Yaşayış binasının şaxtasında baş verən yanğın söndürülüb
Bakı, 10 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb edilib.
Yaşayış binasının şaxtasında baş verən yanğın əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər sayəsində mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51 p.m elektrik kabelləri, 16 plastik şaxta qapısı, 5 qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.
Mənzillər isə yanğından mühafizə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]