FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb
Bakı, 31 mart, AZƏRTAC
Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşündə də heç-heçə edib. Xallar bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.
Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) ilk qarşılaşmada məğlub etdiyi iranlı Amin Tabatabayiyə uduzduğu üçün hesab bərabərləşib və şahmatçılar qalibi tay-breykdə müəyyənləşdirəcəklər. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.
Turnirə aprelin 4-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]