FIDE Ümumdünya Şahmat Olimpiadasında 195 ölkənin iştirak etməsini istəyir
Bakı, 30 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu quruma üzv olan 195 ölkədən komandaların Ümumdünya Şahmat Olimpiadasında iştirakına çalışacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib. Ali qurumun rəhbəri qeyd edib ki, koronavirus pandemiyasına görə turnir onlayn formatda keçiriləcək. O, iki-üç gündən sonra turnirə milli komandaların qeydiyyatının başlayacağını vurğulayıb. A.Dvorkoviç bu nüfuzlu yarışda 195 komandanın hamısının iştirak edib-etməyəcəyini bilmədiyini, lakin bütün yığmaların yarışa qatılması üçün səy göstərəcəklərini vurğulayıb.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu - 43-cü Olimpiada isə Batumidə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]