FIFA-nın Bakıda təşkil edəcəyi turnirin tarixi dəqiqləşib
Bakı, 22 yanvar, AZƏRTAC
Bu il Bakıda keçiriləcək “FIFA series” turnirinin tarixi dəqiqləşib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, miniturnir martın 22-də start götürəcək.
Turnirdə iki oyun günü nəzərdə tutulub. Martın 22-də Azərbaycan millisi Monqolustanla, Bolqarıstan yığması Tanzaniya ilə üz-üzə gələcək.
Üç gün sonra isə yığmamız Bolqarıstanı, Tanzaniya isə Monqolustanı sınağa çəkəcək.
Qeyd edək ki, “FIFA series” ali futbol qurumunun yeni layihəsidir. Miniturnir təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə təşkil olunacaq və orada fərqli konfederasiyalardan A milli komandalar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]