İDMAN
FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib






Bakı, 9 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura AFFA-nın, Peşəkar Futbol Liqasının, klubların qadın əməkdaşları və qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Daha sonra baş katib xanım əməkdaşlar və yığmanın üzvlərinə liderlik mövzusunda seminar keçib. İnteraktiv şəkildə təşkil olunan seminarda F. Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan millisinə gələcək oyunlarda uğurlar arzulayıb.