FİFA-NIN VİTSE-PREZİDENTİ FIRILDAQÇILIQDA TƏQSİRLƏNDİRİLİR
AZƏRTAC-ın xarici KİV-lərə istinadla verdiyi xəbərə görə, FİFA-nın rəhbərliyi bildirmişdir ki, qurumun vitse-prezidenti Cek Uorner bu ilin yayında Almaniyada keçiriləcək dünya çempionatının final hissəsinə bilet satışına dair etika normasını pozmuşdur. Məlum olmuşdur ki, Trinidad və Tobaqo ərazisində bilet satışı ilə məşğul olan “Simpaul” adlı yeganə agentlik Uorrenin ailəsinə məxsusdur.
FİFA-nın etika komitəsinin bəyanatında deyilir: “FİFA C.Uorrenin “Simpaul” agentliyinə aidiyyətini sübuta yetirmiş və məlum olmuşdur ki, qurumun vitse-prezidenti öz xidməti vəzifəsindən sui-istifadə edərək, bu ölkələrdə bilet satışına təsir göstərmişdir”.
FİFA-nın İcraiyyə Komitəsi bu məsələni martın 16-17-də keçiriləcək görüşdə müzakirə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]