Filippində “Kalmaegi” qasırğası nəticəsində ölənlərin sayı artır
Bakı, 6 noyabr, AZƏRTAC
Filippində “Kalmaegi” qasırğası nəticəsində ölənlərin sayı 140 nəfəri ötüb, 127 nəfər isə itkin düşüb.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 430 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Qasırğa ölkənin Luson, Visayas və Mindanaoda yerləşən 24 əyalətinə təsir edib. Bir çox ərazilərdə elektrik enerjisi kəsilib.
Filippinin meteorologiya xidmətinin məlumatına görə, qasırğa qismən zəifləsə də, küləyin sürəti hələ də saatda 180 kilometrə çatır.
Bu arada meteoroloqların məlumatına görə, Filippinə yeni tropik siklon yaxınlaşır. Onun cümə və ya şənbə günü saatda 240 kilometr küləklə ölkə sahillərinə çatacağı gözlənilir.
Qeyd edək ki, Filippin hər il təxminən 20 qasırğanın təsirinə məruz qalır. Bunlardan ən dağıdıcısı olan “Hayyan” 2013-cü ilin noyabrında 6 min 300-dən çox insanın həyatına son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]