FİLİPPİNLİLƏR İRAQDAN İYULUN 19-DA GEDƏCƏKLƏR
Manila öz kontingentini İraqdan çıxarmağa iyulun 15-də başlamışdır. Hökumət öz əsgərlərinin nəzərdə tutulduğu müddətdən əvvəl çıxarılması haqqında qərarı bir filippinlini girov götürən İraq yaraqlılarının tələblərinə uyğun olaraq qəbul etmişdir. Əvvəlcə planlaşdırıldığına görə, Filippin əsgərləri İraqdan avqustun 20-də çıxarılmalı idi.
Manilanın bu qərarı Vaşinqton tərəfindən kəskin tənqid olunmuşdur. Ağ ev bəyan etmişdir ki, bu cür qərar hökumətin terrorçular qarşısında geri çəkilməsinə sübutdur.
Xatırladaq ki, İraqda Filippin ordusunun 51 hərbi qulluqçusu vardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]