Financial Times: Avropa limanları “avtomobil dayanacağına” çevrilib
Bakı, 9 aprel, AZƏRTAC
Avropa İttifaqı ölkələrinin iri limanları Çindən elektromobil idxalının artması və avtomobillərə tələbatın azalması səbəbindən nəhəng “dayanacaqlara” çevrilib.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, distribütorlar limanları daha çox anbar kimi istifadə edirlər. Buna yük maşını sürücülərinin çatışmazlığı da daxil olmaqla, bir sıra logistik problemlər səbəb olur.
Mütəxəssislərin fikrincə, avtomobil son istehlakçıya satılana qədər 18 ayadək dayanacaqda qala bilər ki, bu da “əsl xaosa” gətirib çıxarır. Almaniya hökuməti 2023-cü ilin dekabrında elektromobil alınmasına subsidiyanı dayandırdıqdan sonra nəqliyyat vasitələrinin dayanacaq müddəti xeyli artıb.
Qeyd edək ki, Avropanın avtomobil bazarı 2023-cü ildə Çindən nəqliyyat vasitələri tədarükünün illik 58 faiz artması ilə əhəmiyyətli dərəcədə dəyişib. 2024-cü ilin ilk iki ayında Çində istehsal edilən elektrik və hibrid avtomobilləri üçün əsas ixrac istiqamətləri Belçika, Böyük Britaniya, Almaniya və Niderland olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]