Finlandiya klubunun baş məşqçisi: “Sabah”la cavab matçı Bakıdakı oyundan fərqli olacaq
Bakı, 26 iyul, AZƏRTAC
Cavab matçı Bakıdakı oyundan fərqli olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Finlandiyanın KuPS komandasının baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində evdə sabaha qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, ilk görüşdəki nəticə növbəti mərhələyə vəsiqə baxımından intriqanı saxlayıb: “Azarkeşlərimizin önündə uğur qazanmaq üçün meydanda ən yaxşısını etməli və oyunumuzu təkmilləşdirməliyik”.
Qeyd edək ki, “Sabah” ilk oyunda KuPS-a 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]