Finlandiyada Rusiyanın beş daşınmaz əmlakına həbs qoyulub
Bakı, 29 oktyabr, AZƏRTAC
Ukraynanın “Naftoqaz” şirkətinin iddiası əsasında Rusiyanın Finlandiyadakı beş daşınmaz əmlakına həbs qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bazar ertəsi günü Rusiyanın iddialara məruz qalan daha beş daşınmaz əmlak obyektini aşkar etmək mümkün olub, onlardan üçü Aland adalarında yerləşir.
Qeyd olunur ki, Helsinkinin mərkəzində yaşayış binası və Lauttasaari ərazisində ofis binası, həmçinin Aland adalarında dəniz kənarındakı torpaq sahəsi də daxil olmaqla, üç obyekt üzərində həbs qoyulub.
Rusiya səfirliyindən TASS agentliyinə bildirilib ki, RF mülkiyyətinin həbsinə dair Finlandiya hakimiyyətindən rəsmi bildiriş almayıblar və hazırda bununla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]