Fizika fənni üzrə bazar günü məktəbi
Bakı, 3 fevral, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında fizika fənni üzrə bazar günü məktəbi fevralın 14-dən etibarən (saat 14:00) davam edəcək və hər bazar günü “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək.
AZƏRTAC MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, fizika fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur.
Qeydiyyat hər şənbə günü saat 18:00-da bağlanır və bazar ertəsi saat 10:00-da açılır.
Hər məşğələdən öncə bütün qeydiyyatdan keçənlərin qeydiyyat zamanı göstərdikləri e-mail ünvanına “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək.
“Zoom Launcher” əlavəsi kompüterə və ya mobil telefona əvvəlcədən yüklənməlidir. Məşğələlər pulsuzdur. Qeydiyyatla bağlı sual olarsa, [email protected] ünvanına müraciət etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:32]
Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr
- 05.10.2026 [12:05]
Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir
- 05.10.2026 [12:02]
Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır
- 05.10.2026 [11:57]
Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol
- 05.10.2026 [11:52]
Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub
- 05.10.2026 [11:51]