Fizika İnstitutunun əməkdaşları bu il əhəmiyyətli elmi nəticələr əldə ediblər
Bakı, 29 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşları 2025-ci ildə də fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərini davam etdirərək səmərəli fəaliyyət göstəriblər, əhəmiyyətli elmi nəticələr əldə ediblər.
Bu barədə AZƏRTAC-a institutunun icraçı direktoru professor Hüseyn İbrahimov məlumat verib. O qeyd edib ki, bu istiqamətlərə daxil olan 3 problem, 3 mövzu, 38 iş, 45 mərhələ üzrə elmi-tədqiqat işləri və 12 mövzu üzrə tətbiq xarakterli iş aparılıb. Alim əlavə edib ki, cari ildə Fizika İnstitutunda elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. İnstitutda il ərzində 269-u xaricdə olmaqla 436 məqalə, 77-si xaricdə olmaqla, 160 tezis çap olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]