Folklor İnstitutunun əməkdaşları Antalyada beynəlxalq konqresdə iştirak ediblər
Bakı, 5 dekabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən IV Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konqresində Azərbaycanı AMEA Folklor İnstitutunun əməkdaşları təmsil ediblər.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, konqresdə Müasir folklor şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun “Orta əsr İslam ölkələrində riyaziyyat: yeni yanaşmalar və inkişafa doğru” mövzusunda, Mərasim folkloru şöbəsinin böyük elmi işçi Xəzangül Məmmədovanın “İslam dinində və elmdə riyaziyyat: ədədlər, rəqəmlər, onların sirli və mistik mənaları” mövzusunda məruzələri dinlənilib.
Onlar məruzələrinə görə təşəkkürnamə ilə təltif olunublar.
Konqresə dünyanın 15-dən çox ölkəsindən nüfuzlu elm adamları qatılıblar. Konqresə ümumilikdə 2 mindən çox elmi məqalə göndərilib və onlardan 400-ü tədbirin proqramına salınıb.