“Forbes” jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb
Bakı, 29 dekabr, AZƏRTAC
“Forbes” jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda 50 idmançı yer alıb.
İlk pillədə Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qərarlaşıb. Onun 2021-ci ildəki gəliri 180 milyon ABŞ dolları təşkil edib. Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi ikinci (130 milyon), Portuqaliya yığmasının və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo üçüncü (120 milyon) pillədə yer alıblar.
İlk onluqda Dak Preskott (Amerika futbolu, 107,5 milyon), Lebroin Ceyms (basketbol, 96,5), Neymar (futbol, PSJ, 95), Rocer Federer (tennis, 90), Luis Hamilton (Formula 1, 82), Tom Bredi (Amerika futbolu, 76) və Kevin Dürant (basketbol, 75) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]