Formula 1 Azərbaycan Qran-Prisi: bukmekerlərin mərci
Bakı, 23 aprel, AZƏRTAC
“William Hill” bukmeker kontoru Formula 1 Azərbaycan Qran-Prisində qələbə ilə əlaqədar mərclərin məzənnəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, əvvəlki üç mərhələdə olduğu kimi, Lyuis Hemilton favorit hesab edilir. Lakin britaniyalı bu il hələ ki, heç bir yürüşdə qalib gəlməyib. Çin Qran-Prisinin qalibi Daniel Rikkardo ilə onun komanda yoldaşı Maks Ferstappenin qələbə şansları eynidir.
Lyuis Hemilton dünya çempionatının hesabında da favoritdir, lakin “Ferrari”nin lideri Sebastyan Fettelin qələbə şansı ondan cüzi azdır. Bukmekerlərin fikrincə, yerdə qalan yürüşçülərin perspektivləri iki liderlə müqayisədə böyük deyil.
Çin Qran-Prisindən sonra “Mersedes” Konstruktorlar Kubokuna başçılıq edib - Almaniyanın avtomobil konserninin komandası bukmekerlərin də favoritidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]