Azərbaycan Dövlət İnformasiya Agentliyi

FÖVQƏLADƏ HALLAR NAZİRİ KƏMALƏDDİN HEYDƏROVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident, cənab Ali baş komandan!

Hörmətli iclas iştirakçıları!

Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, ölkəmizin müstəqilliyini, xalqımızın tərəqqisini və xoşbəxtliyini özünün başlıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirən, dünya siyasətçiləri arasında nüfuzu və uzaqgörənliyi ilə seçilən, Azərbaycanı dağılmaq təhlükəsindən qoruyan və dünya dövlətləri arasında tanıdan ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Fəxrlə deyə bilərik ki, ümummilli liderimizin qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçilik ənənələri və bütövlükdə Heydər Əliyev ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yaşayır, uğurla davam etdirilir və möhkəmləndirilir.

Son illər dünyanın üzləşdiyi qlobal iqlim dəyişiklikləri ilə bağlı yaranmış kataklizmlər, genişmiqyaslı meşə yanğınları və digər təbii fəlakətlər, eyni zamanda, zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmizdə bu ehtiyatlardan istifadə edildikcə, neft-qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində, irimiqyaslı tikinti işlərində və transmilli layihələrin həyata keçirilməsi zamanı texnogen mənşəli qəzaların baş vermə ehtimalını minimuma endirmək, o cümlədən əhalinin, ərazilərin və infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi dövlətin prioritet vəzifələrindən birinə çevrilir.

Möhtərəm cənab Prezident!

Məhz elə bu səbəblərdən də ölkədə təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədi ilə 2005-ci ilin dekabrında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Zati-aliniz tərəfindən müdrik qərar qəbul edilməsi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Nazirliyin fəaliyyətinin təşkil edilməsi və strukturunun formalaşdırılması məqsədi ilə imzaladığınız fərman və sərəncamlar, habelə göstərişinizlə lazımi maliyyə vəsaitinin ayrılması qısa müddət ərzində ciddi struktur islahatları aparılmasına, tabeliyimizə verilən qurumların maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə, işçilərin sosial təminatının yaxşılaşdırılmasına şərait yaratdı.

İcazə verin, nazirliyin yaradılmasından keçən qısa dövr ərzində gördüyümüz işlər barədə məlumat verim.

Bu müddət ərzində nazirliyin normativ hüquqi bazasının təkmilləşdirilməsi üçün onlarca normativ hüquqi akt hazırlanmış, qüvvədə olan qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilmiş, dövlət agentlikləri və xidmətlərinin əsasnamələri, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları Zati-aliləriniz tərəfindən təsdiq edilmişdir.

Nazirlik yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı avtomobillərin və digər nəqliyyat vasitələrinin 80 faizə qədərinin mənəvi və fiziki köhnəlməyə məruz qaldığını, habelə qəza-xilasetmə işlərində istifadə olunan xüsusi təyinatlı texnikanın, hündürlük nərdivanlarının, xilasedicilər üçün xüsusi geyimlərin və avadanlıqların ümumiyyətlə olmadığını, eləcə də yeni yaradılan qurumların xüsusi texnika və avadanlıqla təmin edilməsi zərurətini nəzərə alaraq, tapşırığınıza uyğun olaraq, ötən dövr ərzində ayrılan büdcə vəsaiti hesabına qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılmışdır. Belə ki, əsasən Almaniya və Fransa istehsalı olan 232 ədəd müxtəlif təyinatlı yanğınsöndürmə avtomobili, 14 ədəd hündürlük nərdivanı, xilasetmə işlərinin aparılmasında istifadə olunan 147 ədəd xüsusi texnika, 30 ədəd BMW markalı motosiklet, 2 ədəd mobil hospital, 2 ədəd təcili tibbi yardım və 10 ədəd sanitar maşını, “Hammer” markalı 2 ədəd radiosistemli xüsusi təyinatlı avtomobil, 6 ədəd qəza-xilasetmə avtomobili, xilasetmə məntəqələri üçün 40 ədəd səyyar vaqon, dənizdə xilasetmə əməliyyatları üçün 4 ədəd yüksəksürətli və çoxfunksiyalı kater, sularda xilasetmə işlərini həyata keçirmək üçün 52 ədəd müxtəlif ölçülü kater, aviasiya xidmətinin təşkili üçün 4 ədəd “Mi-17-1V” tipli vertolyot, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalar, yanğınsöndürənlər üçün 6800 xüsusi geyim dəsti, sularda xilasedicilər üçün 600 geyim dəsti və müxtəlif adda digər xüsusi texniki vasitələr alınaraq istifadə olunur.

Möhtərəm cənab Prezident, nazirliyin yaradılmasının ikinci ildönümünə həsr olunmuş texnika və şəxsi heyətin sıra baxışında bilavasitə iştirakınız nazirliyin fəaliyyətinə yüksək səviyyədə diqqət və qayğınızın təzahürü olmaqla, orada verdiyiniz konkret göstəriş və tövsiyələr kollektivimizin hər bir üzvünün fəaliyyət istiqaməti kimi qəbul edildi. Tapşırıqlarınıza uyğun olaraq, 2008-ci ildə də bu sahədə gördüyümüz işləri davam etdiririk. Belə ki, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən 1 ədəd “BE-200” amfibiya tipli xüsusi təyinatlı təyyarənin, yanğınsöndürmə, təcili və qəza-xilasetmə işlərində istifadə olunmaq üçün 12 ədəd qəza-xilasetmə avtomobilinin, 14 ədəd ağır texnikanın, 100-dən çox müxtəlif təyinatlı xüsusi nəqliyyat vasitələrinin alınması üçün müvafiq prosedurlar başa çatdırılmışdır.

Əsaslı vəsait qoyuluşu hesabına nazirliyin mərkəzi aparatının yeni inzibati binasının və digər 12 obyektin tikintisi başa çatdırılmışdır.

Dənizdə qəza-xilasetmə işləri üzrə regionda yeganə ixtisaslaşdırılmış qurum olan Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin maddi-texniki bazasının genişləndirilməsi və işinin müasir tələblərə uyğun qurulması üçün Xidmətin istifadəsində olan köhnə gəmilərin təmiri və yeni gəmilərin alınması üzrə danışıqlar aparılır.

Cənab Prezident, son hadisələr, yəni vertolyot və bu yaxınlarda təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında Xidmətin iştirakı göstərdi ki, onun imkanlarından sularda axtarış-xilasetmə işlərinin həyata keçirilməsində istifadə etməklə yanaşı, neft dağılmalarının nəticələrinin aradan qaldırılmasında və hidrotexniki qurğuların texniki təhlükəsizliyinin təmin edilməsində də geniş istifadə edilə bilər. Lakin bu Xidməti təkcə büdcə vəsaiti hesabına saxlamaq mümkün olmadığından, Zati-alinizin müvafiq fərmanına uyğun olaraq, qurum özünümaliyyələşdirmə prinsipi ilə işləməyə keçirilmişdir. Belə hesab edirik ki, dənizdə karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, habelə hidrotexniki qurğuların istismarı ilə məşğul olan təsərrüfat subyektlərinin bu qurumun xidmətlərindən ödənişli əsaslarla istifadə etməsi məqsədəuyğun olardı.

Radioaktiv çirklənmələrin qiymətləndirilməsi, onu yaradan səbəblərin aşkar edilməsi və radioaktiv tullantıların zərərsizləşdirilməsi istiqamətində konkret işlər görülür. Xarici mütəxəssislər və yüksək vəzifəli qonaqlar tərəfindən də bu sahədə regionda analoqu olmayan qurum kimi qiymətləndirilən “İzotop” Xüsusi Kombinatının radioaktiv mənbələrin saxlanılma məntəqəsinin yenidən qurulması işləri başa çatdırılmış, Avropa Birliyinin və ABŞ Enerji Departamentinin qrantı, eləcə də Azərbaycan dövlətinin ayırdığı vəsait hesabına radioloji laboratoriya, radioaktiv tullantıların emalı bloku və yüksək aktivli mənbələrin saxlanılması bloku istifadəyə verilmişdir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində qısa müddət ərzində “112 zəng mərkəzi” (“qaynar xətt”) yaradılaraq fəaliyyətə başlamış, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərindəki şəhərdaxili telefonlardan da bu xidmətə zənglərin daxil olması imkanı yaradılmışdır. Hazırda bu xidmət Naxçıvan Muxtar Respublikasında da fəaliyyətə başlamış, bu istiqamətdə digər regionlarda da işlər aparılır. Qeyd etmək istərdim ki, müxtəlif xilasedici avadanlıq və motosikletlərlə təmin olunmuş xilasedicilər məişət və avtomobil qəzaları zamanı xilasetmə əməliyyatlarını və zərərçəkmişlərə ilkin yardım göstərilməsini daxil olan zənglər üzrə çağırışlar əsasında təmin edirlər.

Bununla yanaşı, bu sahədə kifayət qədər təcrübəsi olan Rusiya, Fransa, Belarus və Koreya Respublikası kimi dövlətlərin təcrübəsi öyrənilir və qısa zamanda müasir tələblərə cavab verən Mərkəzin tikintisinə və yaradılmasına başlanılacaqdır.

Yeri gəlmişkən qeyd edim ki, fövqəladə hallarda aviasiya-xilasetmə işlərini və nazirliyə məxsus hava daşımalarını həyata keçirmək məqsədi ilə yaradılmış aviasiya dəstəsi üçün alınmış vertolyotların və yaxın vaxtlarda ölkəyə gətiriləcək təyyarənin, habelə nazirliyin digər qurumlarının imkanlarından da istifadə etməklə müvafiq avadanlıq, yanğınsöndürmə texnikası, mobil hospital və digər zəruri texniki vasitələrlə təchiz olunmuş 300 nəfər xilasedicinin xarici ölkələrdə xilasetmə işlərinə cəlb edilməsi təmin edilə bilər.

Cənab Prezident, tikintidə təhlükəsizliyə nəzarəti həyata keçirmək məqsədi ilə əsasnaməsi tərəfinizdən təsdiq edilməklə yaradılan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin fəaliyyəti təmin olunmuş, Sizin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” məlum Fərmanınızı rəhbər tutaraq, tikinti-layihə sənədlərinin dövlət ekspertizasının həyata keçirilməsi, obyektlərin istismara qəbul edilməsi və tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq qaydaların layihələri hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bakı şəhərində inşa olunan 200-ə yaxın çoxmərtəbəli binada Agentlik tərəfindən texniki müayinə tədbirləri həyata keçirilmiş, 14 binada ciddi pozuntular aşkar olunmuş, layihə sənədlərinə ekspertiza rəyi olmayan 82 obyektdə tikinti işləri nöqsanlar aradan qaldırılana kimi dayandırılmışdır.

Yeri gəlmişkən qeyd edim ki, hazırda bu kimi müayinələri aparmaq üçün istifadə olunan ən müasir texniki vasitələr alınaraq, əməkdaşlarımız müvafiq təcrübə keçdikdən sonra tətbiq edilir.

Yüksəkmərtəbəli binalar üzrə aparılan müayinələr nəticəsində tikilməkdə olan 239 binanın layihəsinə ekspert rəyinin olmadığı, 23 binanın layihəsinə mənfi ekspert rəyi verildiyi, habelə Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmiş 108 binanın faktik olaraq istifadəyə verildiyi aşkar edilmişdir.

Tikilməkdə və istismarda olan bütün çoxmərtəbəli binaların tikinti normaları və qaydalarına uyğunluğu, habelə istifadə edilən tikinti materialları və konstruksiyaların keyfiyyəti yoxlanılmaqla 400-ə yaxın bina üzrə müayinə işləri artıq başa çatmış, 31 binada ciddi pozuntular aşkar olunmuşdur.

Nazirliyin sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarəti həyata keçirən qurumu tərəfindən təkcə 2007-ci ildə 2500-ə yaxın hüquqi və fiziki şəxsə məxsus 52000-dən çox qurğu və avadanlıq dövlət reyestrində qeydiyyatdan keçirilmiş, 3733 müəssisədə 29 mindən çox qurğu və avadanlıq texniki müayinə olunmuş, 13791 halda texniki təhlükəsizlik qaydaları və normalarının pozulması faktı aşkar edilmiş, görülmüş əməli tədbirlər nəticəsində bu pozuntulardan 10570-i qısa vaxtda aradan qaldırılmışdır.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi 22 ədəd xüsusi texnika, sularda xilasetmə işlərini həyata keçirmək üçün 2 ədəd kater, 10 ədəd yanğınsöndürmə maşını, şəxsi heyət üçün yeni geyim formaları ilə təmin edilmişdir. Nazirliyin Dövlət Yanğından Mühafizə Hissəsinin və Kəngərli rayon bölməsinin inzibati binalarının tikintisi davam etdirilir.

Cənab Prezident, nazirliyin təsdiq etdiyiniz strukturuna uyğun olaraq, əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasının operativ surətdə təmin edilməsi məqsədi ilə 9 regional mərkəzin fəaliyyətinin təşkili üçün tədbirlər görülür. Nazirliyin 4 regional mərkəzinin inzibati binalarında təmir-tikinti işləri başa çatmaq üzrədir, 4 regional mərkəzinin isə inzibati binalarında tikinti-quraşdırma işləri davam etdirilir.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Şahinlər” və “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsinə böyük əhəmiyyət verir və müvafiq dövlət qurumları ilə birlikdə iştirak edirik.

Ali təhsilli mütəxəssislər hazırlamaq məqsədi ilə 70-ə yaxın əməkdaşımız Rusiya, Ukrayna və Belarusun müvafiq tədris müəssisələrinə təhsil almağa göndərilmişdir.

Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, 2008-ci ildə “Azərbaycan Respublikasının Tikinti Məcəlləsi”nin, “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə” Azərbaycan Respublikasının Milli Konsepsiyasının, “Əhalinin və ərazilərin fövqəladə hallardan mühafizəsi haqqında”, “Fövqəladə hallar orqanlarında qulluqkeçmə haqqında”, “Qəza-xilasetmə xidmətləri və xilasedicilərin statusu haqqında”, “Fövqəladə hallar haqqında” və “Material ehtiyatları haqqında” qanun layihələrinin hazırlanması başa çatdırılacaqdır.

Yeri gəlmişkən qeyd edim ki, dövlət və səfərbərlik ehtiyatlarının idarə olunmasını həyata keçirən Dövlət Material Ehtiyatları Agentliyinin normal fəaliyyət göstərməsi və bununla bağlı məsələlərin həll edilməsi üçün hökumətin dəstəyi ilə müvafiq dövlət komissiyası yaradıldıqdan, saxlanılan mövcud maddi dəyərlərin inventarizasiyası aparılmaqla vaxtı keçmiş və istifadəyə tam yararsız mal və materialların çıxdaş edilməsi, ehtiyatların nomenklaturası və normalarına yenidən baxılması məsələsi həll edildikdən sonra ehtiyatların formalaşdırılması istiqamətində iş aparılacaqdır.

Möhtərəm cənab Prezident!

İcazə verin, əməkdaşlarımıza ali rütbələrin verilməsində və işçilərimizin maddi vəziyyətinin yaxşılaşdırılmasında və bütövlükdə kollektivimizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Zati-alilərinizə bir daha dərin minnətdarlığımızı çatdırım. Böyük əminliklə bildirirəm ki, taleyüklü proqramların həyata keçirilməsi üçün əsas olan sabitliyin və onun dönməzliyinin qorunub saxlanılması, vətəndaşlarımızın əmin-amanlığı, ölkəmizin tərəqqisi və iqtisadi inkişafı, onun regionda lider dövlətə çevrilməsi istiqamətindəki yorulmaz və qətiyyətli siyasətinizin həyata keçirilməsində rəhbərliyiniz altında iştirak edəcək, respublikamızın yeraltı və yerüstü sərvətlərinin, eləcə də əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması üçün bundan sonra da bütün qüvvə və səylərimizi əsirgəməyəcəyik!

Diqqətinizə görə sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO