FRANS BEKKENBAUER: UKRAYNA SÜBUT ETDİ Kİ, BÖYÜK FUTBOL DÖVLƏTİDİR
Frans Bekkenbauer Ukrayna yığmasının dünya çempionatının final mərhələsinə çıxması şərəfinə Kiyevin “Premyer-Palas” mehmanxanasında təşkil olunmuş qəbulda demişdir: “Ukrayna sübut etdi ki, böyük futbol dövlətidir. Mən Oleq Bloxini əla futbolçu kimi yaxşı tanıyıram, indi isə o subut etdi ki, həm də böyük məşqçidir”. Bekkenbauer qarşıdakı dünya çempionatında Ukrayna komandasının imkanlarından danışaraq demişdir ki, onun fikirincə, komanda növbəti mərhələyə çıxmağa qadirdir.
Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin “kayzer Frans”ın bu proqnozuna belə reaksiya vermişdir: “Başlıcası yarımfinala çıxmaqdır. Sonrasına baxarıq...”.
Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis hörmətli qonağa onun şərəfinə hazırlanmış büst və Ukrayna milli komandasının üstünə “Beckenbauer” yazılmış futbolçu maykası bağışlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]