Fransa 15 ölkə ilə sərhədlərini açıb
Paris, 1 iyul, AZƏRTAC
Fransa iyulun 1-dən etibarən sərhədlərini 15 ölkənin vətəndaşları üçün açıb.
AZƏRTAC xəbər verir ki, Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand də Tunis vətəndaşları bu gündən etibarən Fransaya, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrə səyahət edə bilərlər. Lakin bu ölkələrin siyahısı hər iki həftədən bir yenidən nəzərdən keçiriləcək.
ABŞ, Rusiya, Braziliya, Hindistan, İsrail kimi ölkələr bu siyahıya daxil edilməyib. Avropa İttifaqı vətəndaşlarının Çinə daxil olmalarına icazə verildiyi təqdirdə bu ölkənin də adı həmin siyahıya salınacaq. Hazırda avropalıların Çinə getmələrinə məhdudiyyətlər qoyulub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]