FRANSA CƏRRAHLARI DÜNYADA İLK DƏFƏ SİFƏTİ KÖÇÜRMÜŞLƏR
Əməliyyat istirahət günləri aparılmış, lakin bu barədə bir neçə gün sonra məlumat verilmişdir. Həkimlər yenilik barədə xəbəri yaymazdan əvvəl uğur qazandıqlarına əmin olmaq istəmişlər. Onlar hesab edirlər ki, donor sifətindən faydalanmaq xəstənin bədəninin başqa hissələrindəki toxumalardan istifadə etməkdən daha yaxşıdır, çünki onlar strukturuna və rənginə görə bir-birindən kəskin şəkildə fərqlənir.
İndiki halda sifətin toxumaları ölü donordan götürülmüşdür. Həkimlərin dediklərinə görə, xəstənin yeni sifəti donorun sifətinə bənzəməyəcək, daha çox “hibrid forması” alacaqdır. Belə əməliyyat texniki baxımdan hələ bir neçə il əvvəl hazır idi, lakin dünyanın bir çox məşhur cərrahlarını sifətin köçürülməsi ilə əlaqədar çoxsaylı etik problemlər çəkindirirdi. Xəstənin psixikasının yeni sifətə necə reaksiya verəcəyini qabaqcadan heç kəs deyə bilmir. Həkimləri yad toxumalarının qəbul edilməməsi məsələləri də narahat edir. Sifəti köçürülmüş xəstə uzun müddət immun sisteminin reaksiyasını zəiflədən preparatlar qəbul etməlidir. Belə preparatlardan uzun müddət istifadə olunması isə xərçəng xəstəliyi doğura bilər. Bundan əlavə, sifətin toxumalarının donorluğu ilə bağlı bir çox problem mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]