FRANSA GÖMRÜKÇÜLƏRİ BEŞ KILOQRAMDAN ARTIQ KOKAIN TUTMUŞLAR
Fransanın Tionvil şəhər gömrük xidməti idarəsinin əməkdaşları italyan mənşəli sürücünün idarə etdiyi Lüksemburq dövlət nömrəli maşında axtarış apararkən 5,5 kiloqram kokain aşkar etmişlər.
Hollandiyadakı cinayətkar dəstə ilə əlaqədə olmaqda şübhəli bilinən və həmin ölkədəki barların birinin müdiri vəzifəsində çalışan sürücü narkotik maddəni gizli yolla İtaliyaya keçirmək istəyirmiş.
Gömrük işçiləri sərhədi dəfələrlə keçmiş və əraziyə yaxşı bələd olan cinayətkarı iki il nəzarətdə saxlayırmışlar.
Faktla bağlı cinayət işi qaldırılmışdır.