FRANSA MƏSCİDLƏRDƏ NƏZARƏTİ SƏRTLƏŞDİRİR
Milli Assambleya ittihamsız həbsdə saxlanma müddətini uzadan və müşahidə üçün videokameralardan istifadəni genişləndirən qanunu 27 səsə qarşı 373 səslə təsdiq etmişdir.
Məsələn, kameralar məscidlərdə, anbarlarda və terror aktlarının digər potensial obyektlərində qurula bilər. Qanun terrorçular və onların əlaltıları üçün cəzaları da sərtləşdirir.
Kommunistlər və “Yaşıllar partiyası” qanunun əleyhinə səs vermiş, Sosialist Partiyası isə bitərəf qalmışdır.
Fransanın daxili işlər naziri Nikolya Sarkozi deputatlar qarşısında çıxış edərək bildirmişdir ki, qanun layihəsi əsas vətəndaş hüquqlarını pozmur.
Onun fikrincə, bu qanun polisə terror aktlarının qarşısını almağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]