Fransa müxalifəti hökumətə etimadsızlıq votumu irəli sürməyə hazırlaşır
Bakı, 17 mart, AZƏRTAC
Dünən axşam saatlarında minlərlə fransalı rezonans doğuran pensiya islahatının parlamentdə səsvermədən yan keçərək qəbul edilməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb.
AZƏRTAC xəbər verir ki, gecə nümayişləri talanlar, polislə toqquşmalar və kütləvi həbslərə müşayiət olunub.
Martın 16-da Elizabet Born hökuməti Konstitusiyanın 49.3-cü maddəsinin lehinə seçim edib. Beşinci Respublika tarixində 100-cü dəfə istifadə edilən bu prosedur sənədin Milli Assambleyada (parlamentin aşağı palatası) səsə qoyulmadan qəbul olunmasına imkan verir. Hökumətin qərarını yalnız etimadsızlıq votumu ləğv edə bilər. O, 49.3-cü maddə qüvvəyə mindikdən sonra iyirmi dörd saatdan gec olmayaraq dövrəyə girməlidir.
Müxalifət artıq etimadsızlıq votumu irəli sürməyə hazırlaşdığını bəyan edib. Lakin hökuməti devirmək üçün lazım gələn 289 deputatdan ibarət mütləq əksəriyyətə nail olmaq çətin görünür.
Həmkarlar ittifaqları tətil və nümayişləri davam etdirməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]