Fransa prezidenti Niderlandda etirazlarla üzləşib
Paris, 12 aprel, AZƏRTAC
Hollandiyada rəsmi səfərdə olan Fransa prezidenti Avropada yaşıl sənaye ilə bağlı çıxışına başlayanda nümayişçilər iki pankart açaraq onun siyasətinə etiraz ediblər.
AZƏRTAC xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Niderlandda da etirazlarla üzləşib.
Niderlanda səfəri çərçivəsində Nexus Tədqiqat İnstitutunda çıxış etməyə hazırlaşan Fransız prezidentinin sözü ağzında qalıb. Belə ki, nümayişçilər üzərində “Zorakılıq və ikiüzlülük prezidenti”, “Fransa demokratiyası haradadır?” şüarları yazılmış pankartlar açaraq, İqlim konvensiyasının kənara qoyulduğunu və onun ikiüzlülük etdiyini bildiriblər.
“Küçələrdə milyonlarla nümayişçiləriniz var”,- deyə Etirazçılar ilin əvvəlindən Fransa hökumətinin pensiya islahatı ilə bağlı üzləşdiyi problemi xatırladıblar. Nümayişçilər yerli polis tərəfindən uzaqlaşdırılıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]