FRANSA “QUŞ QRİPİ” TƏHLÜKƏSİNƏ QARŞI EHTİYAT TƏDBİRLƏRİ GÖRÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa mümkün “quş qripi” epidemiyasının qarşısını almaq məqsədi ilə ehtiyat tədbirləri görməyə başlamışdır. Baş nazir Dominik Vilpen səhiyyə naziri Jan-Fransua Matte ilə görüşündə Avropanın bəzi ölkələrində qeydə alınmış “quş qripi”nin Fransada da yayılması ehtimalını müzakirə etmişdir. Səhiyyə naziri 40 milyon vaksin ehtiyatı görüldüyü, onun 14 milyonunun anbarlarda saxlandığı və bu qədər vaksinin ölkə əhalisinin ancaq 25 milyonunu əhatə edəcəyi barədə məlumat vermişdir. O, bu bəla ilə mübarizə məqsədi ilə 250 milyon maskanın hazırlandığını, 2007-ci ilədək maskaların sayının 400 milyona çatdırılacağını bildirmişdir. Nazir “quş qripi”nin yayıldığı güman edilən ölkələrdən qayıdan fransızların ciddi müayinədən keçirildiyini və həkim nəzarəti altında olduqlarını diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]