FRANSA VƏ AZƏRBAYCAN İŞ ADAMLARININ GÖRÜŞÜ KEÇİRİLƏCƏKDİR
Oktyabrın 28-də Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Fransa və Azərbaycan iş adamlarının görüşü keçiriləcəkdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, görüşdə Fransanın neft, kimya, balıqçılıq, energetika sahələrində istifadə edilən avadanlığın istehsalı və satışı ilə məşğul olan şirkətləri ilə bu sahədə çalışan Azərbaycan şirkətləri arasında ikitərəfli işgüzar əlaqələr yaradılacaqdır.