Fransa və Mərakeş yığmalarının start heyətləri məlum olub
Bakı, 14 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Fransa millisinin start heyətində Uqo Lloris, Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele və Olivye Jiru yer alıblar.
Mərakeş yığmasının heyətində isə meydana Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri və Hakim Ziyeş çıxacaqlar.
“Al Beyt” stadionunda oynanılacaq matçı meksikalı FIFA referisi Sezar Ramos idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Dekabrın 18-də keçiriləcək final matçında Argentina millisi Fransa-Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]