Fransada dövlət vəsaiti hesabına ziyafətlər təşkil etməkdə ittiham olunan şəxslə bağlı yeni qərar
Paris, 12 mart, AZƏRTAC
Overny-Ron-Alp regionunun keçmiş prezidenti Loran Vokyenin xərclərə dair sənədləri Antikorrupsiya Assosiasiyasına təqdim edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə assosiasiyanın yaydığı bəyanatda bildirilib.
Diqqətə çatdırılıb ki, Lyon şəhərinin inzibati məhkəməsinin qərarına əsasən, region hakimiyyəti tərəfindən 2021, 2022 və 2023-cü illərin xərclərə dair sənədləri assosiasiyaya təqdim olunmalıdır.
Qeyd edək ki, 2024-cü ilin dekabrında region rəhbərliyi müvafiq məlumatları açıqlamaqdan imtina edib. Antikorrupsiya Assosiasiyası bundan sonra məhkəməyə müraciət edib.
Assosiasiyanın prezidenti Emma Taillefer qeyd edib ki, bu cür sənədlər onları tələb edən hər bir şəxs üçün açıqlanmalıdır. Məhkəmənin qərarı isə dövlət vəsaitlərinin istifadəsində şəffaflığın seçim deyil, demokratik öhdəlik olduğunu göstərir.
Xatırladaq ki, Overny-Ron-Alp regionunun keçmiş prezidenti Loran Vokye çoxsaylı dəbdəbəli “zirvə yeməklər”ini dövlət vəsaiti hesabına təşkil etdiyi üçün tənqid olunur. Onun 2022-ci ilin yayında təşkil etdiyi şam yeməyi ilə bağlı Milli Maliyyə Prokurorluğu tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]