Fransada həkimlərin tətili davam edir
Paris, 2 yanvar, AZƏRTAC
Fransada dekabrın 26-da başlayan terapevt həkimlərin tətili yanvarın 8-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sabahın həkimləri” assosiasiyasının saytında məlumat verilib. Tətil edən həkimlərə bu həftə də tətili davam etdirməyə çağırış olunub. Onlar həkim konsultasiyasının haqqının artırılmasını (25 avrodan 50 avroya qədər) və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa Azad Tibb Birliyi, Fransa Həkimlər Federasiyası, Liberal Həkimlər Həmkarlar İttifaqı və Gənc Həkimlər də daxil olmaqla, bir neçə həmkarlar ittifaqları dekabrın 26-da həkimləri tətil etməyə çağırıblar.
Həkimlərin tətili yanvarın 2-də başa çatmalı idi, ancaq hökumətin həkimlərə diqqətsizliyi onları tətili davam etdirməyə sövq edib. Sağlamlıq keşikçiləri yanvarın 5-də Parisdə Panteon meydanından Səhiyyə Nazirliyi istiqamətində etiraz nümayişi keçirəcəklərini bildiriblər.
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]