FRANSADA İKİ MƏSCİD LƏKƏLƏNMİŞDİR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, sentyabrın 24-də, Fransanın müsəlman icması Ramazan ayının gəlişini qeyd etdiyi gün iki məscid ləkələnmişdir. Kimper şəhərində məscidin divarlarında vandallar 6 svastika çəkmiş, habelə binanı yandırmağa cəhd göstərmişlər.
1993-cü ildə tikilmiş Kimper məscidi 4-cü dəfə basqına məruz qalmışdır.
Daha bir hadisə Karkason şəhərində törədilmişdir. Burada naməlum şəxslər yerli məscidin divarlarında svastika çəkmiş, “Fransa fransızlar üçündür”, “Ərəblər, rədd olun!”, “İslama ölüm!” kimi irqçi şüarlar da yazmışlar.
Fransa polisi cinayətkarları axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]