FRANSADA MÜSƏLMAN İNCƏSƏNƏTİ MUZEYİ AÇILACAQ
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, Fransa Mədəniyyət Nazirliyi bildirmişdir ki, hökumət Lofar muzeyində müsəlman incəsənətinin inciləri nümayiş etdiriləcək şöbə açılması haqqında qərar çıxarmışdır. Bu qərar həmin muzeydə müsəlman sivilizasiyasının Fransa mədəniyyətinə verdiyi töhfəni fransız xalqına və bütün dünyaya xatırladacaq ekspozisiya yaradılması barədə Prezident Jak Şirakın hələ 2002-ci ildə imzaladığı direktivə uyğun olaraq qəbul edilmişdir.
Mədəniyyət naziri demişdir ki, hazırda muzeydə İslam dünyası xalqlarının 1300 incəsənət əsərindən ibarət kolleksiya var, yeni şöbədə isə 4 minədək eksponat yerləşdirmək mümkün olacaqdır. İlkin hesablamalara görə, layihənin dəyəri 50 milyon avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]