FRANSADA QAR UÇQUNLARI PROBLEM YARATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ötən şənbədən bazar gününə keçən gecə baş vermiş qar uçqunları Fransanın bir sıra bölgələrində ağır vəziyyət yaratmışdır. Ölkənin Alzas, Jura, Vozj və Dubs bölgələrinin əksər əyalətlərində elektrik xətləri sıradan çıxmış, yollarda maşınların hərəkəti dayandırılmışdır. 3 mindən artıq mənzil uzun müddət elektrik enerjisindən məhrum olmuşdur. Tufanla müşahidə olunmuş və 900-1000 metrlik zirvədən qopan qar uçqunu nəticəsində ətrafda və yollarda qarın qalınlığı 25-30 santimetrə çatmışdır. Pontarliye, Morto, Kret və digər şəhərlər arasındakı yollar buz bağladığından nəqliyyatın hərəkəti müəyyən vaxta qədər qadağan edilmiş, bəzi yerlərlə əlaqə kəsilmişdir.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]