FRANSADA YANĞINDAN BİR AİLƏNİN BEŞ ÜZVÜ HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Pa-de-Kale departamentinin Avyon şəhərində baş vermiş yanğın nəticəsində bir ailənin beş üzvü həlak olmuşdur. Yanğın gecə saat 2-də baş verdiyindən yanğınsöndürənlər və qonşular hadisədən gec xəbər tutmuşlar. Ailənin üzvləri isə şirin yuxuda olmuş, valideynlər və 10-15 yaşlı üç uşaq yanıb kül olmuşlar. Yaxınlıqdakı qonşu 13 yaşlı bir uşağı evdən çıxararaq xəstəxanaya çatdıra bilmişdir. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti olduqca ağırdır.
Yanğının səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]