FRANSIZLAR ÇİYƏLƏK ƏTRİNİ ALMAQ İSTƏYİRLƏR
“Eden Sarl” şirkəti çiyələk ətrini öz əmtəə nişanı kimi qeydiyyatdan keçirərək kosmetik vasitələr, geyim və dəftərxana ləvazimatının istehsalı zamanı ondan istifadə etməyi planlaşdırırdı. Lakin Avropa Birliyinin Əmtəə Nişanları Agentliyi bu cür ticarət markasını qeydiyyata almağa razılıq verməmişdir. Bundan sonra şirkət məhkəməyə müraciət etsə də, iddiası müsbət həll olunmamışdır.
Məhkəmənin qərarında deyilir ki, təzə çiyələyin 5 müxtəlif ətri var. Ətir insanların yaddaşında uzun müddət qalır və iybilmə duyumu, ola bilsin, insanın ən etibarlı hisslərindən biridir. İstehsalçılar öz məhsullarını tanıtmaq üçün bu duyumdan istifadə etmək niyyətindən əl çəkməyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]