FRANSIZLAR ÖLKƏNİN MİLLİ VALYUTASI KİMİ FRANKIN DÖVRİYYƏYƏ QAYTARILMASINI İSTƏYİRLƏR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Fransa sakinlərinin təxminən yarısı – 47 faizi frankın milli valyuta kimi dövriyyəyə qaytarılmasını istəyir. Bu, “Teleperformans Frans” xidmətinin apardığı sorğunun nəticələrindən məlum olmuşdur.
Fransızların 46 faizi avronun saxlanmasına tərəfdardır. Rəyi soruşulanların 52 faizi vahid Avropa valyutası elə dövriyyəyə buraxıldığı ilk vaxtlardan ondan razı olduğunu, yalnız 39 faizi isə bunun əksini bildirmişdir.
Bir həftə ərzində telefonla aparılmış sorğuda 15 yaşdan yuxarı min nəfərədək respondent iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]