FTB KÜRD YARAQLILARI İLƏ MÜBARİZƏDƏ TÜRKİYƏYƏ KÖMƏK EDƏCƏK
O demişdir: “Biz Avropa və Türkiyədəki tərəfdaşlarımızla birlikdə PKK-ya qarşı yönəldilmiş tədbirlər görürük. Biz, istər PKK, istərsə də “Əl-Qaidə” olsun, fərqi yoxdur, terrorçu qruplaşmaların maliyyə mənbələrinin axtarılmasında və ləğv olunmasında əməkdaşlıq edirik”.
Müller Ankarada Türkiyə polisinin və təhlükəsizlik qüvvələrinin rəsmi şəxsləri ilə danışıqlar aparmışdır. Onun sözlərinə görə, bu danışıqlar ikitərəfli münasibətlərin möhkəmlənməsi və beynəlxalq terrorizmlə mübarizənin güclənməsi işinə xidmət edəcəkdir.
Xatırladaq ki, Kürd İşçi Partiyası Türkiyədə qanundankənar elan olunmuş və həm Birləşmiş Ştatlar, həm də Avropa İttifaqı tərəfindən terrorçu qruplaşmalar sırasına aid edilmişdir. Ankara bildirir ki, İraqın şimalında sığınacaq tapan minlərlə PKK yaraqlısı cari ilin əvvəlindən Türkiyə ərazisinə soxulmağa və hakimiyyət nümayəndələrinə basqın etməyə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]