“FUTBOL FESTİVALI” ÖLKƏ FUTBOLUNUN İNKİŞAFINA XİDMƏT EDİR
AZƏRTAC xəbər verir ki, AFFA ilə MakDonalds arasında imzalanmış müqaviləyə əsasən, dekabrın 16-da Nərimanov rayonu ərazisində (MakDonaldsın qarşısında) uşaqlar və yeniyetmələr arasında “Top festivalı” keçirilmişdir.
Tanınmış futbol ustalarının, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə 14 yaşadək uşaqlar top çiləmək məharətlərini göstərmişlər. Festivalın məqsədi uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması, istedadlı uşaqların üzə çıxarılması və onların gələcəkdə futbolla peşəkar səviyyədə məşğul olmasına lazımi şəraitin yaradılmasıdır.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə ilk dəfə keçirilən “Futbol festivalı”nın ənənəyə çevriləcəyinə, respublikanın bütün bölgələrini əhatə edəcəyin və ona daha çox futbol həvəskarının cəlb olunacağına inamını ifadə etmişdir. Vurğulamışdır ki, bu tədbirlər Prezident İlham Əliyevin futbolun inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramına müvafiq olaraq həyata keçirilir.
İştirakçıların çıxışlarını Azərbaycanın əməkdar məşqçisi Siyavuş İbrahimov, beynəlxalq dərəcəli hakim Asim Xudiyev, futbol azarkeşləri Bəhram Bağırzadə və Murad Dadaşov qiymətləndirmişlər.
Festivalın qalibləri mükafatlandırilmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]